Ən çox onlayn alış-veriş edən dövlətlər – SİYAHI

0
394

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) Cenevrədə yayımlanan illik hesabatını təqdim edib.

Ölkələrdə onlayn alış-verişin inkişaf səviyyəsini qiymətləndirən hesabatda 152 ölkənin adı çəkilir.

İlk sırada 95,9 bal indeksini alan və keçən ilin lideri Niderlandı geridə qoyan İsveçrədir.

İlk onluğa Danimarka, Sinqapur, Böyük Britaniya, Almaniya, Finlandiya, İrlandiya, Norveç və Honkonq da daxildir.

ABŞ 12-ci, Çin 55-ci yerdə qərarlaşıb.

MDB ölkələri arasında 35-ci sırada olan Belarusiya ən yüksək göstəriciyə sahibdir- 78,8 bal.

Rusiya 41, Gürcüstan 47, Ukrayna 51, Moldova 53, Qazaxıstan 60, Azərbaycan 65, Ermənistan 84, Qırğızıstan 97, Özbəkistan 107, Tacikistan 121-ci sıradadır.

UNCTAD-ın cədvəlini Nigeriya (5,6 bal) tamamlayır.