Rusiya və Çinə qarşı dünyanın hər yerində… – NATO

0
352

NATO Rusiya və Çin kimi ölkələrə qarşı Qərbin və ona simpatiya bəsləyənlərin siyasi dialoq meydanı olmalıdır.

Bu sözləri NATO rəhbəri Yens Stoltenberq deyib.

“Dəyərlərimizi bölüşməyən Rusiya və Çin kimi ölkələrin qarşısını almaq üçün dünyanın hər yerində bizimlə eyni düşüncəyə sahib ölkələrlə siyasi və praktik dialoqu genişləndirməliyik”, – deyə baş katib bildirib.

Stoltenberq əlavə edib ki, alyans 2021-ci ildə müvafiq strateji konsepsiya qəbul edəcək.

Qeyd edək ki, bundan öncə Pentaqon Rusiyanın NATO ölkələri üçün təhlükə təşkil etdiyini açıqlamışdı.