Ərdoğan Qərbə səsləndi: “Niyə səsin çıxmır?”

0
413

“Şəhidlərimizin ağrısı ürəyimizi yandırarkən mübarizə əzmimizi də gücləndirir. Hara gizlənirlər gizlənsinlər, girdikləri yerdə onları tapacaq və orada öldürəcəyik. Gənclərimiz bu torpaqları terrorçular üçün məzar edəcək”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının Trabzonda keçirilən qurultayında deyib.

“13 məsumun edamı zamanı bir neçə cılız səsdən başqa Türkiyənin yanında heç kimi görə bilmədik. Ey Qərb, niyə səsin çıxmır, haradasınız? 15 iyul oldu səsiniz çıxmadı, bu hadisədə də yenə səsiniz çıxmır. Səsiniz çıxsa da, çıxmasa da biz vəzifəmizi bilirik. Bu terrorçulara ölkəmizdə fürsət verməyəcəyik”, – deyə R.T.Ərdoğan bildirib.

Türkiyə prezidentinin sözlərinə görə, Qarada baş verənlər Ankaranın sərhədlərindən kənarda təhlükəsizlik bölgəsi yaratmaq qərarını daha da möhkəmləndirib:

“Qara süqut etdi, iş bitdi. Əhəmiyyətli irəliləyiş əldə etdiyimiz əməliyyatlarımızı qarşıdakı dövrdə təhdidlərin yüksək olduğu bölgələr istiqamətində genişləndirəcəyik”.