ABŞ ordusu Türkiyə və İraq sərhədində hərbi baza qurur

0
343

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası Suriyanın şimalında hərbi baza quracaq.

Məlumata görə, baza Suriyanın Türkiyə və İraqla sərhədinin yaxınlığında yerləşəcək.

Artıq Əl-Həsəkə vilayətində hərbi bazanın inşasına başlanılıb.

Qeyd edək ki, ABŞ Suriyanın şimal-şərqində təxminən səkkiz hərbi baza qurub.

Bunlardan ən böyüyü hazırda ABŞ ordusunun və kürdlərin nəzarətində olan neftlə zəngin ərazilərdə yerləşir.