G7 ölkələri koronavirusa görə TOPLANIR

0
325

G7 ölkələrinin liderlərinin videokonfrans rejimində sammiti fevralın 19-u keçiriləcək.

Bu barədə Böyük Britaniyanın baş naziri Boris Consonun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya və Avropa İttifaqı liderlərinin sammiti Britaniyanın sədrliyi ilə 2020-ci ilin aprel ayından bəri keçiriləcək ilk sammit olacaq.

Bildirilir ki, sammitin əsas mövzuları koronavirus pandemiyası ilə mübarizə və dünyada vaksinlərin ədalətli paylanılması olacaq.