ÖZ GÖZLƏRİMİZDƏKİ TİRİ GÖRMƏLİYİK…

0
332

(monoloq)

Bu gün hüquq-mühafizə orqanları tərəfindən növbə ilə ifşa olunan keçmiş, yaxud fəaliyyətdə olan korrupsioner məmurlar xalqa, dövlətə, Prezidentə xəyanətkarlıqda suçlanmalı, ittiham olunmalıdırlar.Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə Nazirlər Kabinetinin yığıncağında söylədiyi tarixi fikirlər yenə yaddaşımda təzələndi. Heydər Əliyev dedi ki,”…Biz insanlara inanırıq, onlara etimad göstərib müxtəlif vəzifələrə təyin edirik, onlarsa bu etimaddan sui-istifadə edərək dövləti talayır, xalqı döbvlətdən narazı salırlar…” Azərbaycan Prezidenti İlham Əliyev cənabları da 2015-ci ildə xalqa müraciətlə etdiyi mühüm və əhəmiyyətli çıxışlarının birində məmur özbaşınalığının, korrupsiya və rüşvətxorluğun tüğyan etdiyini sevimli xalqına elan etdi və hər bir Azərbaycanlını bu halların qarşısını almaqda dövlətə öz töhfəsini verməyə, dövlət qurumlarının fəaliyyətəri üzərində ictimai nəzarəti artırmağa səslədi. Bu çağırış hamımızı ayıltmalı, hüquqlarımızın rüşvətxor məmurlar tərəfindən pozulmasına imkan verməməli, dövlətin əmlakını dağıdan harın korrupsioner ünsürlərə qarşı mübarizədə amansız olmağa təhrik etməli idi. Heç kim oturub gözləməməlidir ki, Azərbaycan Prezidenti hamımızın əvəzinə təkbaşına bu işləri görsün və bizi ağ günə çıxatrsın.. Biz hamılıqla öz səngərimizdə ayıq-sayıq olmalı, millət vəkilləri, jurnalistlər, ictimai birliklər onlara verilən konstitusiya hüquqlarından bəhrələnərək bu kimi hallara, bu kimi talançı ünsürlərə qarşı mübarizəmizi sürətləndirməliyik. Bu gün həbsə atılan məmurlar dövlət əmlakını bizim gözlərimiz önündə bir gündə, bir ayda deyil, heç bir ildə də deyil, zaman-zaman talayıb, cəzasızlıq mühitinin kralları olaraq istədikləri iyrənc niyyətlərinə nail olublar. Kimdir günahkar?- Əlbəttə, biz hamımız; ağızlarına su alıb kreslolarda mürgüləyən, yerində olmayan deputatlar, yalnız öz sosial problemlərinin həlinə nail olmağa cəhd edən Vüqar Səfərlinin təbirinə uyğun olan jurnalist toplumları, dövlətdən aldıqları yardımları həzm etməkdən savayı heç bir işə yaramayan, müxtəlif şablon adlar altında fəaliyyətsizlik nümayiş etdirən QHT-lər və lap sadə Azərbaycan vətəndaşları.Məgər korrupsionerləri həbs etməklə iş bitirmi?! Əsla yox.Onlar həbsxanada da başqa həyat yaşayırlar. Cəzaçəkmə müəssisələrində belələri üçün hazırlanan burjuy kameralarında azadlıqda olduqları kimi gün-güzaran keçirirlər.Nəticədə məlum olur ki, həbsxana həyatı cinayətkarı islah etmir, insan özü-özünü islah etməli, islah olunmağa təhrik olunmalıdır ki, belələri azadlığa çıxandan sonra da cəmiyyət üçün qorxunc personlara çevrilməsinər. Odur ki, dəmiri isti-isti döyərlər,-deyib ulularımız.Öz övladlarımızı erkən yaşlarındam sağlam ruhda böyütməliyik.Hamı bir-birinə nəzarətçi olmalı, hamı bir-birinə müsbət nümunə göstərməli, hamı bir-birini səhv hərəkətinə görə qınamalı, tənbeh etməlidir.Uşaq baxçalarında tərbiyəçilərə, orta məktəblərdə müəllimlərə, ali məktəblərdə pedaqoqlara rüşvət verməyə alışdırılan zavallı Azərbaycan gəncliyindən biz hansı ümidverici gerçəkliklərə nail olmağı uma bilərik?!Ali təhsil müəssisələrimiz rüşvət kabusuna çevrilib.Tələbələr pul verib qiymət almağın ən asan yol olduğuna artıq vərdiş ediblər. Əli diplomlu gənclərin iki eşşəyin arpasını bölə bilmədiklərinin dəfələrlə şahidi olmamışıqmı?! Şübhəsiz bu sözlər təhsilə dəyər verən və gecəsini gündüzünə qatıb elmi biliklərə yiyələnən sağlam düşüncəli övladlarımıza aid deyil.Ancaq onların sayı arzuolunmaz dərəcədə azdır.Və bu hallar bizi narahat etməyə bilmir. Nə isə, bütün günahları özümüzdə, öz məsuliyyətsizliyimizdə və süstlüyümüzdə axtarmalıyıq, öz gözlərimizdəki tiri görməliyik, başqalarının gözlərindəki çöpü yox.

VALEH MİRZƏ,

İCTİMAİ NƏZARƏT KOALİSİYASINDA KİV-İN, ELEKTRON MEDİANIN VƏ TELEKANALLARIN FƏALİYYƏTLƏRİNƏ NƏZARƏT DEPARTAMENTİNİN SƏDRİ.