Erməni tabor komandiri hərbi hissədən QAÇDI

0
324

Son vaxtlar Ermənistan ordusunun hərbi qulluqçuları arasında hərbi xidmətdən imtina etmə və hərbi hissəni özbaşına tərk etmə halları artıb.

Hərbi hissələrin birində eyni gündə tabor komandiri və bölük komandiri də daxil olmaqla bir neçə hərbi qulluqçu fərarilik edib.

Əsgərlərin bəziləri hərbi polis tərəfindən xidmət yerinə qaytarılsa da, hərbi qulluqçular Darnik Saroyan və Henriki Tatevosyanın axtarışları davam edir.

Komandanlıq kütləvi fərarilik faktını ört-basdır etmək məqsədilə hüquq-mühafizə orqanlarına məlumat verməyib.