Tibbi bacısından dəhşətli cinayət – 85 xəstəni öldürüb

0
691

Almaniyada Oldenburq Dövlət Məhkəməsi xəstə baxıcısı Niels Högeli Delmenhorst və Oldenburg xəstəxanalarında 85 xəstəni öldürdüyünə görə  ömürlük həbs cəzasına məhkum edib.
Qərarı izah edən hakim Sebastian Bührmann belə, Högelin törətdiyi cinayət qarşısında şok olub. Hakim Högelin belə bir ağlagəlməz cinayət törətdiyinə inanmadığını qeyd edib.
Hakim məhkəmə prosesində Högelin heç bir suala cavab verməməsinə də diqət çəkib: “Cinayət işi üzərindəki sirr pərdəsinin bir hissəsi hələ də tam götürülmədi və bu da bizi üzür”.
42 yaşlı Högel 2000-2005-ci illərdə 100 xəstəni öldürməkdə günahlandırılıb. Məhkəmədə sübutların olmaması üzündən Högelə 15 cinayətə görə bəraət verilib. Məhkəmə prosesində günahını etiraf edən Högel xəstələrin yaxınlarına üzr istəyib.
Ən qəribəsi isə Högelin xəstələri hansı səbəbdən öldürməsi olub. Belə ki, o, vəziyyəti ağır olan xəstələrə dozadan artıq iynə vurub. Sonra isə həmin xəstələri həyata qaytarmağa çalışaraq iş yoldaşlarının yanında qəhrəman kimi görünməyə çalışıb. Bir çox hallarda isə onun bu “qəhrəmanlığı” heç də müsbət nəticələnməyib və həmin xəstələrin bir çoxu vəfat edib.
Qeyd olunur ki, Högel 2015-ci ildə başqa bir cinayət işində, 2 xəstəni öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilib.