Fransada güclü partlayış baş verib: İtkin düşənlər var – FOTO/VİDEO

0
294

Fransanın Bordo şəhərinin mərkəzində yerləşən yaşayış binasında güclü partlayış baş verib

Şahidlər partlayışın əks-sədalarının bütün rayonda hiss edildiyini deyib. Yaxınlıqdakı mağazaların vitrinlərində şüşələr qırılıb.

İlkin ehtimallara görə, hadisə qaz sızması nəticəsində baş verib. Evə ciddi ziyan dəyib, dağılma təhlükəsi var.

Hadisə yerinə xilasetmə xidməti və hüquq mühafizəçiləri cəlb olunub.

İlkin məlumatlara görə, üç nəfər yaralanıb, iki nəfər itkin düşüb. Həlak olanlar barədə məlumat yoxdur.