Rəcəb Tayyip Ərdoğan azərbaycanlı professora yüksək vəzifə verdi – FOTO

0
402

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan azərbaycanlı professor Aygün Attarı Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü təyin edib.

Qeyd edək ki, Attar 2019-cu ildə Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri təyin edilib. 

Aygün Attar 1962-ci ildə Qubadlıda anadan olub. O, 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiəsi edib, 2012-ci ildə Türkiyənin Girəsun Universitetində rektor olub (2016-cı ilə kimi), 2014-cü ildə Oksford Universitetinin Sokrat mükafatına layiq görülüb.

Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir.

Hərbi Tarix Komissiyası, Avstriya-Türk Elm Forumu və Dünya Türkləri Konqresi üzvü olan Attar evlidir, üç övladı var.