Ermənistanda 7 ballıq zəlzələ: dağıntılar var…

0
318

Yerli vaxtla saat 19:36-da Ermənistan ərazisində, Göyçə gölünün yaxınlığında zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən  bildirilib ki, 5.5 bal gücündə olan zəlzələnin dərinliyi 2 kilometrdir.

Qeyd edilib ki, zəlzələ Azərbaycanın sərhəd bölgəsində – Qazax, Tovuz, Gədəbəy, Gəncə, Şahbuzda 5-4 bal, digər rayonlarda isə 4-3 bala qədər hiss olunub.

***

Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yeraltı təkanların gücü episentrdə 7 bal olub.

***

Ermənistanda baş verən zəlzələ nəticəsində Geqarqunik vilayətində bir neçə tikili dağılıb, yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi dayandırılıb.

Bu barədə Geqarqunik vilayətinin qubernatoru Qnel Sanosyan deyib.