Türkiyəyə qarşı 6 ölkə Afinada toplanır

0
361

Türkiyə və Yunanıstan arasında keçirilən tədqiqat görüşlərinin növbəti mərhələsi fevralın sonu və ya martın əvvəlində Afinada baş tutacaq.

Bunu Yunanıstan Baş naziri Kiriakos Mitsotakis deyib.

Müzakirələr barədə danışan Miçotakis Afinada keçiriləcək görüşü “doğru istiqamətdə yaxşı bir addım” adlandırıb.

Digər tərəfdən, gələn həftə Afinada Cənubi Kipr, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Yunanıstan və Bəhreyn xarici işlər nazirlərinin iştirakı ilə görüşün keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, sözügedən ölkələr Aralıq dənizinin şərqi ilə bağlı mübahisələrdə Türkiyəyə qarşı Yunanıstanı dəstəkləyirlər.