İstanbulda 20 ildən sonra əhali sayında azalma olub

0
341
Touristic boats in Golden Horn bay of Istanbul and view on Suleymaniye mosque, Turkey

Türkiyənin ən böyük şəhəri hesab olunan İstanbulda əhali sayı son 20 ildə ilk dəfə azalıb.

Bu barədə ölkənin Statistika Komitəsi xəbər yayıb.

Belə ki, şəhər əhalisinin sayı 56 815 nəfər azalaraq, 2000-ci ildən bu yana ilk dəfə 15 462 452 nəfərə düşüb.

Komitənin hesablamasına görə, Türkiyədə əhali sayı 83 614 362 nəfərə çatıb. Bu, bir il əvvəllə müqayisədə 459 365 nəfər artım deməkdir.