D vitamini çatışmazlığını göstərən qeyri-adi simptomlar

0
419

Amerikalı əczaçı Syuzi Koen orqanizmdə D vitamini çatışmazlığını göstərən qeyri-adi simptomları sadalayıb.

Mütəxəssisin sözlərinə görə, bunlara xüsusən də sızanaqlar, aritmiyalar, yüksək qan təzyiqi və göz yaşının axması daxildir.

Eyni zamanda, D vitamini çatışmazlığı özünü yorğunluq, əzələ zəifliyi, bağırsaqda qıcıqlanma, şişkinlik, quru keratokonyunktivit ilə də göstərir.

Bunlara əlavə olaraq, o qeyd edib ki, koqnitiv funksiyalarda azalma, nevropatiya, makuladistrofiya, immun çatışmazlığı xəstəliklərinin şiddətlənməsi, yuxu zamanı tənəffüsün dayanması, allergiya varsa D vitamini səviyyəsini yoxlamağa dəyər.

Həmçinin, qan şəkərinin yüksək olması, dərinin tez-tez səpməsi, sidik ifrazı problemləri, kəpək və pis əhval-ruhiyyə vitamin çatışmazlığından xəbər verir.