BMT Təhlükəsizlik Şurası təcili toplantı keçirəcək

0
447

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Myanmadakı vəziyyəti müzakirə etmək üçün təcili toplantı keçirəcək.

İclas KİV üçün qapalı olacaq. Tədbirin videokofrans formatında keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, gün ərzində bir sıra dövlət başçıları və nüfuzlu siyasətçilər ölkədə baş verənlərdən narahatlıqlarını ifadə ediblər.

Xatırladaq ki, Myanmada ordu tərəfindən dövlət çevrilişi baş verib və bir il müddətinə hərbi rejim elan olunub.