Paşinyanın arvadı Los Ancelesdə satqın kimi qarşılandı: “Başını aşağı əyib, qızararaq getdi”

0
281

Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan Los Anceles hava limanında qəzəbli ermənilər tərəfindən “satqın” plakatı ilə qarşılanıb.

“Ali satqının arvadı” – onu bu cür plakatla qarşıladılar. Başını aşağı əyib, qızararaq getdi. Onlar bilməlidirlər ki, hara getsələr də bu cür sözlərlə qarşılaşacaqlar. Biz hesab edirik ki, onların əlində müharibədə ölənlərin, əlil olanların və hər şeyini itirənlərin qanı var”, – deyə ABŞ-dakı erməni diasporun nümayəndəsi Robert Marqaryan bildirib.

R.Marqaryanın sözlərinə görə, yaxın vaxtlarda Los Ancelesdəki ermənilərin öz mövqeyini ortaya qoyacağı daha geniş mitinqlər təşkil olunacaq.

Qeyd edək ki, Anna Akopyan qızı Şuşan və cangüdənləri ilə birlikdə Los Ancelesə gedib. Erməni mətbuatı Anna Akopyanın ABŞ səfərinin səbəbini öyrənməyə cəhd etsə də, köməkçiləri Ester Saakyan və Alina Karapetyan telefon zənglərinə cavab verməyib.