Vətəndaşların 300-500 manat ödəyib quraşdırdıqları sayğacların rəsmi qiyməti nə qədərdir? – AÇIQLAMA

0
342

“Azərbaycanda fərdi abonentlərimiz üçün quraşdırdığımız sayğaclar tamamilə ödənişsizdir, lakin mənzil-tikinti kooperativləri tərəfindən sayğacların quraşdırılması üçün təyin edilən qiymətlər “Azəriqaz”ın səlahiyyətində deyil”.    

Bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib.  

MTK-lar tərəfindən abonentlərdən sayğacların quraşdırılması üçün 300-500 manat məbləğində vəsaitlərin tələb edilməsi ilə bağlı müraciətlərə cavab olaraq baş direktor bildirib ki, MTK-larla vətəndaşlar arasında qazlaşma müqaviləsi bağlanır və həmin razılaşmaya əsasən qazlaşdırma aparılır:

“Məlumat üçün bildirim ki, mexaniki sayğacların qiyməti 70-90 manat, digər sayğacların qiyməti isə 200-240 manat arasındadır. Sizdə hansı sayğaclar quraşdırılıb və nə üçün həmin məbləği tələb edirlər bunu MTK-larla aydınlaşdıra bilərsiniz. Lakin ümumilikdə məsələ “Azəriqaz”ın səlahiyyətlərinə daxil deyil. Onu deyim ki, biz “Azəriqaz” İB olaraq fərdi abonentlərimiz üçün yeni sayğacların quraşdırılmasını və sayğacların əvəz olunmasını ödənişsiz həyata keçiririk”.