ABŞ-ın Vanderbilt və Texas Universitetlərində Tibb kafedralarının alimləri koronavirusda zəif nöqtə aşkar ediblər.
Mütəxəssislər SARS-CoV-2-də xüsusi ferment – ekzoribonukleaz nsp14-ExoN olduğunu müəyyənləşdiriblər.
O, virusun genomun təkrarlanması zamanı meydana gələn səhvləri düzəltməsinə kömək edir və digər ştamlardan genetik material çıxarmaqdan məsuldur ki, bu da patogenə təkamül üstünlüyü verir.
“Beləliklə, koronavirusun ekzoribonukleazı, davam edən COVID-19 pandemiyasının yatırılması və yumşaldılması və gələcəkdə yeni koronavirusların yayılmasının qarşısını almaq üçün vacib hədəf rolunu oynayır”, – deyə bildirilir.
Alimlər hesab edir ki, nsp14-ExoN koronavirusun “Axilles dabanı”dır (Qədim yunan əsatirindən qaynaqlanan ifadə zəif nöqtə, ən zəif və boşluq olan yer mənasındadır – red.).
Əgər fermentin təsirini bloklaya biləcək bir dərman hazırlanarsa, virus yenidən birləşmə qabiliyyətini itirəcək və tamamilə “bağlanacaq”.