Türkiyəyə turlar bahalaşdı

0
278

2021-ci ilin yayında erkən rezervasiya mərhələsində Türkiyəyə tətil qiyməti 15% artıb.

Turoperatorlar yay ayları üçünTürkiyəyə satışların aprelə yaxın pik həddə yüksələcəyini gözləyirlər.

“İndi qiymətlər “planlandığı kimi” keçən ilə nisbətən 15 %-ə qədər artıb. Hələlik iyun ayında Türkiyənin “hər şey daxil” “beşliyi”nə iki nəfərlik bir həftəlik turu 60 min rubla (1 356 AZN) almaq olar. Mövsüm başladıqdan sonra Türkiyəyə qiymətlərin daha da artması ehtimalı var”, – deyə bildirilir.

Qeyd olunur ki, Türkiyəyə tətillər üçün erkən edilən sifariş kampaniyaları 31 mart 2021-ci il tarixinədək etibarlıdır. Hal-hazırda Türkiyə kurortlarına turlar gedişlə oktyabr ayının sonuna qədər sifariş edilə bilər.