Ermənilər Akopyanı pərt etdilər: Onunla eyni havadan nəfəs almağa…

0
369

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Aram Xaçaturyan adına konsert salonuna gəldikdən sonra vətəndaşlar tədbiri tərk ediblər.

Məlumata görə, konsert salonunda Ermənistanın Dövlət Simfonik Orkestrinin 15 illiyi münasibətilə tədbir keçirilib. Anna Akopyan tədbirdə görünəndə məşhur erməni teleaparıcı Lika Tumanyan zalı tərk edib.

“Onunla eyni havadan nəfəs almağa, eyni yerdə olmağa məni heç nə vadar edə bilməz. Klassik musiqinin insanları birləşdirdiyi hamıya məlum olsa da, bu, məni belə qadınla eyni salonda olmağa məcbur edə bilməz”, – deyə erməni aparıcı bildirib.

Ermənistan mediası vətəndaşların da Akopyana görə konsert salonunu tərk etdiklərini yazıb.

Qeyd olunub ki, Rusiyadan qayıdan Paşinyan ailəsi ölkədəki vəziyyətə baxmayaraq, əylənməyə davam edirlər. Akopyan konsert salonuna qızları ilə birgə gəlib