Azərbaycanı dünyanın bir sıra nüfuzlu ölkələri Qarabağ müharibəsindəki böyük zəfər münasibəti ilə təbrik edib:
Axar.az xəbər verir ki, bu ölkələr aşağıdakılardır:
1. Türkiyə
2. Pakistan
3. Böyük Britaniya
4. İtaliya
5. Albaniya
6. Macarıstan
7. Moldova
8. Ukrayna
9. Polşa
10. Makedoniya
11. Kosova
12. Bosniya və Hersoqavina
13. Şimali Kipr Türk Respublikası
14. İsrail
15. İordaniya
16. Misir
17. Səudiyyə Ərəbistanı
18. Qətər
19. BƏƏ
20. İraq
21. İran
22. Gürcüstan
23. Belarus
24. Özbəkistan
25. Qırğızıstan
26. Türkmənistan
27. Qazaxıstan
28. İndoneziya
29. Əfqanıstan…
Politoloq Elxan Şahinoğlu Azərbaycanı təbrik edənlər içərisində nüvə dövlətindən tutmuş BMT TŞ-nin daimi üzvünün (Böyük Britaniya) olmasına qədər, çoxsaylı dövlətlərin yer almasını Bakının hərb meydanında olduğu kimi, diplomatiyada da uğuru sayıb. O bildirib ki, bütün bunlar qələbəmizin dünyada tanıdılması və Azərbaycanın hazırda rus sülhməramlılarının nəzarətində olan hissəsində də qısa müddətdə hakimiyyətini bərpa etməsinə imkan yaradır.