Məşhur qanqster vəfat etdi

0
862

Tanınmış amerikalı qanqster Frenk Lukas vəfat edib.

88 yaşlı cinayətkar mayın 30-da Nyu-Cersidə xəstəxanaya aparılarkən dünyasını dəyişib.

1960 və 1970-ci illərdə Lukas Nyu-Yorkun əsas keyfiyyətli heroin təchizatçısı idi. Onun müştəriləri məşhur şəxslər, biznesmen və siyasətçilər olub. Lukas etiraf edib ki, narkotiki Vyetnamdan ölən hərbi qulluqçuların meyitləri ilə birgə tabutlarda keçirib. O bilirdi ki, belə yükü adətən yoxlamırlar. Bir vaxtlar narkotik ticarəti ona sutkaya bir milyon dollar gəlir gətirirdi.

1975-ci ildə Lukas həbs edilərək 70 il müddətinə azadlıqdan məhrum edilib. 1991-ci ildə Lukas azadlığa çıxıb. Hüquq-mühafizə orqanları onun ofşor hesablarda gizlətdiyi 50 milyon dollarını müsadirə edə bilməyiblər.

Lukasın həyatı ilə bağlı 2007-ci ildə “Amerikalı qanqster” filmi çəkilib. Filmdə baş rolu Denzel Vaşinqton oynayıb.

2010-cu ildə Lukas “Əsl qanqster” adlı memuar buraxıb. Onun yeddi uşağı var.