Azərbaycanda ilk vaksin Oktay Şirəliyevə vurulacaq

0
344

Xəbər verdiyimiz kimi, bu gündən Azərbaycanda koronavirus (COVID-19) əleyhinə peyvəndləmə başlanır.

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış bildirib ki, peyvəndlənmə prosesində ilk olaraq Səhiyyə naziri Oqtay Şirəliyev iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan Çin istehsalı olan “Sinovac” peyvəndindən istifadə edəcək. Peyvənd vurdurmaq könüllüdür.