Şahmar Mövsümovdan sahibkarlara dəymiş ziyanla bağlı AÇIQLAMA

0
324

Sahibkarlara dəymiş ziyanın ödənilməsilə bağlı tədbirlər planı üzrə proseslər davamlı olaraq həyata keçirilir.

Bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov deyib ki, müxtəlif sahələr və istiqamətlərdə sahibkarlara yardım nəzərdə tutulub:

“Bunun üçün vəsaitlər ayrılıb, proses gedir. Məsələ ilə İqtisadiyyat Nazirliyi məşğul olur. Ümumilikdə zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb”.