Türkiyənin iştirak edəcəyi əməliyyat anons edildi: “Ruslar geri çəkilsə…”

0
501

Liviya daxili işlər naziri Fəthi Başağa Türkiyənin dəstəyi ilə ölkənin qərbində insan alverçiləri və terrorçulara qarşı böyük bir əməliyyata hazırlaşdıqlarını açıqlayıb.Liviyadakı müharibədən sonrakı sabitlik üçün Co Bayden administrasiyasından ümidli olduqlarını söyləyən Başağa ABŞ-ı əməliyyatı dəstəkləməyə çağırıb.

Başağa xarici qüvvələrin geri çəkilməsinin mərhələli şəkildə olacağını bildirib.Nazir Rusiya və Türkiyənin Liviyada milyardlarla dollarlıq müqavilələrdə maraqlı olduqlarını söyləyib: “Əgər rus muzdluları geri çəkilsələr, Rusiya ilə bu barədə danışmağa hazırıq. Ümid edirik ki, Bayden administrasiyası da Liviyanın sabitliyində rol oynayacaq. Baydenin seçki zəfəri ilə ümidlərimiz çox artdı. Türkiyə onsuz da yanımızdadır. ABŞ-ın da terrorizmlə mübarizəmizdə bizə dəstək verəcəyinə ümid edirik”.