İran xarici işlər naziri Bakıya səfərə gələcək

0
362

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək. 

Bununla bağlı İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səid Xətibzadə məlumat verib.

O bildirib ki, Bakıdan sonra Zərif İrəvana yola düşəcək.

Xətibzadənin sözlərinə görə, İran XİN rəhbəri Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatı müzakirə edəcək.