2021-ci il üzrə təhsil üzrə ayrılan xərclərin təyinatı məlum oldu

0
336

Azərbaycanda bu il dövlət büdcəsindən təhsil üzrə ayrılan xərclərin təyinatı məlum olub.

Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Fərmanında öz əksini tapıb. 

Fərmana əsasən, bu il dövlət büdcəsindən təhsil üzrə 3 277 655 549 manat vəsait ayrılıb. 

Həmin vəsaitin 319 352 315 manatı məktəbəqədər təhsil, 1 764 680 611 manatı ümumi təhsil, 51 143 908 manatı isə peşə təhsili üzrə xərclənəcək.