Laçın: Məğrur rayonun hekayəsi – VİDEO

0
325

Laçın rayonunun adını eşidəndə həsrət ruhlu mahnılar qulaqlarda səslənir.

Gözlər önündə rayonun gözəl təbiəti, başı qarlı dağları, ucsuz-bucaqsız çölləri, buz bulaqları və yaşıl meşələri canlanır.

İllərdir Laçın deyəndə qəlbimiz kövrəlirdi. Çünki, ermənilər bizi ata-baba yurdumuza həsrət qoymuşdular. Bu həsrətin bitməsi üçün düz 28 il gözlədik. Vaxt-vədə yetişdi. Müzəffər ordumuz torpaqlarımızı işğaldan azad etdi. Amma Laçının əvvəlki görkəmindən əsər-əlamət qalmayıb. O ərazilər erməni vandalları tərəfindən tamamən məhv edilib.