Paşinyanın arvadı yenə tənqid hədəfinə çevrildi

0
375

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan növbəti dəfə sosial şəbəkələrdə tənqid obyekti olub.Xeberle.com xəbər verir ki, Akopyan İkinci Qarabağ müharibəsi zamanı öldürülmüş hərbçi Vazgen Ohanesyanın ailəsini ziyarət edib. Ziyarətdən sonra sosial şəbəkələrdə paylaşılan fotolar ermənilərdə qıcıq doğurub.
Onlar daha çox Anna Akopyanın hər dəfə ölən əsgərlərin ailələrini ziyarət zamanı gülər üzlə, toy geyimləri ilə diqqət çəkməsini müzakirə ediblər. Kimisi Akopyanın məşhur “ERATO” dəstəsini xatırladıb, kimisi rəhbəri olduğu fondun əsgər ailələrinə yersiz yardımlarını və digər nöqsanlardan söz açıb.
Erməni ekspert Aram Gevorqyan isə “Facebook”da bu barədə paylaşım edərək baş nazirin arvadını sərt şəkildə tənqid edib

 Paşinyanın arvadı yenə tənqid hədəfinə çevrildi