Qarabağın bərpasına 2,2 milyard ayrıldı: ilk bu işlər görüləcək

0
512

Dövlət büdcəsindən işğaldan azad olunan ərazilərin bərpası üçün 2,2 milyard manat vəsaitin ayırılması planlaşdırılır. Bərpa prosesi bir neçə mərhələdə həyata keçiriləcək. Əsas ilk mərhələdir, birinci mərhələnin mahiyyəti daha fundamental prinsiplərə əsaslanır.

Bu sözləri  açıqlamasında millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

“Birinci mərhələdə büdcədən ayrılan vəsaitlər həm infrastrukturun formalaşdırılması, həm kommunal xidmətlərin əlçatanlığının təmin edilməsinə yönələcək. Bu, ilk pillənin əsas məqsədləridir. Növbəti mərhələdə özəl və xarici investisiyanın cəlb edilməsi də prioritetlər sırasında olacaq. O baxımdan 2021-ci ildə biz büdcədən bu istiqamətdə vəsaitin ayırılması, eyni zamanda kənar maliyyə mənbələrinin mobilizasiya olunmasını müşahidə edəcəyik”, – o bildirib.