DİN generalından karantinlə bağlı vətəndaşlara ÇAĞIRIŞ

0
473

Karantin postlarının qurulması, məhdudiyyətlərin tətbiq edilməsi təsadüfü deyil. Bu, ölkəmizdə koronaviruslu xəstələrin sayının artması ilə bağlıdır. Pandemiyanın qarşısını almaq üçün zərurətdən belə addımlar atılır”.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov deyib.

O, vətəndaşları tətbiq olunan məhdudiyyətlərə anlayışla yanaşmağa, qaydalara riayət etməyə çağırıb: 

“Bu, insanların özləri üçün tətbiq edilən məhdudiyyətdir. Hər birimiz bilməliyik ki, bu, bizim gələcəyimiz, ailəmiz, həyatımız üçün vacibdir. Ona görə də qaydalara əməl etmək, sosial məsafəni gözləmək, məhdudiyyətləri qəbul etmək lazımdır. Polislə üz-üzə dayanmaq olmaz”.

Xatırladaq ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək. .