Paşinyanın sərsəm açıqlaması istefalara səbəb oldu

0
357

Ermənistanda baş nazir Nikol Paşinyanın açıqlamasından sonra ardıcılı istefa xəbərləri gəlib. Artıq üç deputat Paşinyanın “Mənim addımım” partiyasından istefa verdiklərini açıqlayıb. 

Məlumatlara görə, Qayane Abrahamyan, Taquhi Tovmasyan və Lusine Badalyan şəxsi “Facebook” hesablarında bununla bağlı paylaşımlar ediblər. 

Taquhi Tovmasyanın sözlərinə görə, Paşinyanın komandası dialoq yolu ilə gərginliyi yumşaltmaq əvəzinə səhv ardınca səhv edir.

Bundan başqa Ermənistan baş nazirinin müavini aparat rəhbəri Varaq Siseryan da sosial şəbəkə hesabında vəzifəsindən istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, Paşinyan “divar dibində ulayan” adlandırdığı rəqibləri ilə məsələni həll etmək üçün cəbhədəki əsgərləri İrəvanda gözlədiyini açıqlayıb.