Prezidentin köməkçisi: “Xeyli mülki şəxsin həyatı xilas edildi”

0
584

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında yerləşdirdiyi raket komplekslərinin Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərindəki dinc əhali və infrastruktura doğru hədəflənlənməsi ilə bağlı fikirlərini bölüşüb.

Bununla bağlı H.Hacıyev özünün “Twitter” hesabında paylaşımlar edib.

“Ermənistan tərəfindən planlaşdırılan növbəti qəsdən və məqsədyönlü insan fəlakətinin qarşısı alındı. Ermənistanın atışa hazır olan ballistik raketi Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunun sərhəd zonasında start mövqeyində məhv edilib. Xeyli dinc sakininin həyatı xilas edilib”, – birinci paylaşımında o bildirib.

Prezidentin köməkçisinin digər paylaşımında qeyd edilir:

“Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərindəki dinc əhali və infrastruktura doğru hədəflənmiş Ermənistana məxsus ballistik raket kompleksləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib. Başlanğıc sahəsi boş olub və orada heç bir mülki infrastruktur yoxdur”.