Türkiyə mediası İlham Əliyevin xalqa müraciətindən yazır

0
461

Müzəffər Azərbaycan Ordusunun bir neçə yaşayış məntəqəsini işğaldan azad etməsi və bu münasibətlə Prezident İlham Əliyevinin oktyabrın 9-da bütün Azərbaycan xalqına müraciəti, dövlətimizin başçısının çıxışındakı mühüm sərt mesajlar Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılıb.

Qardaş ölkə KİV-ləri Prezident İlham Əliyevin işğalçı və düşmən ölkənin rəhbərliyini ən ağır ifadələrlə ittiham etməsini türkdilli əhalinin diqqətinə çatdırıblar. Məlumatlar müxtəlif sərlövhələrlə təqdim olunub.

Məlumatlarla Anadolu və DHA agentlikləri, TRT Haber, Haber Türk, TGRT, A Haber, Haber Global, TRT Avaz, NTV telekanallarının, habelə “Yeni şəfəq”, “Sözçü”, “Aydınlıq”, “Yeni çağ” və s. nüfuzlu qəzetlərin saytlarında tanış olmaq mümkündür.