BMT Baş katibi Qarabağla bağlı dünya ölkələrinə müraciət etdi

0
365

BMT Baş katibi Antoniu Quterreş regional və beynəlxalq qüvvələri Ermənistan-Azərbaycan münaqişə zonasında atəşin təcili dayandırılmasına nail olmaq üçün kömək etməyə çağırıb.

AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib. Onun sözlərinə görə, Baş katib yaşayış məntəqələrinin atəşə tutulması da daxil olmaqla, hərbi əməliyyatların yayılması barədə xəbərlərdən ciddi narahatdır.