Xidmət rəisindən səfərbərliklə bağlı AÇIQLAMA: “On minlərə vətəndaş döyüşlərdə iştirak etmək istəyir”

0
410

Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə ölkədə qismən səfərbərlik elan edilib.

Qismən səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox – on minlərlə vətəndaş Xidmətin Aparatına və yerli struktur bölmələrinə müraciət edərək, ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər”.

Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev bildirib

Onun sözlərinə görə, vətəndaşların bu ruh yüksəkliyi və çoxsaylı müraciətlərinin nəticəsidir ki, proses uğurla həyata keçirilir:

“Həmin şəxslər təlimlərə cəlb edilirlər. Biz vətəndaşlarımıza vətənpərvərlik nümayiş etdirərək, döyüşlərə könüllü qatılmaq istədikləri üçün təşəkkür edirik”.