Afina şərtlərimizi yerinə yetirməyə məcburdur

0
356

Hər şeydən əvvəl Yunanıstan bu bəyanatlarla maksimalist davranışından imtina etməlidir. Hər kəslə danışıqlar apara biləcəyimizi söyləyirik.

Bu açıqlama ilə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

“Yunanıstan ilkin şərtlər irəli sürməyə başlayanda bizim də ilkin şərtlərimiz olacaq. Bizim də irəli sürəcəyimiz tezislər və tələblər var. Yunanıstan şərtlərimizi yerinə yetirmək məcburiyyətindədir”, – Çavuşoğlu qeyd edib.

Çavuşoğlu bildirib ki, Yunanıstan hökumətinin danışıqların əhatə dairəsini müəyyənləşdirə və bir qərara gələ bilməməsi tezislərinin zəif olmasından qaynaqlanır.