Azərbaycanda büdcə gəlirlərinin təsnifatında dəyişiklik edildi

0
658

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edib.

Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

Dəyişikliyə əsasən, büdcə gəlirlərinin təsnifatına Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11.5-ci maddəsinə əsasən tikinti fəaliyyəti sahəsində göstərilən xidmətlərdən, eləcə də şəhərsalma və tikinti qanunvericiliyinin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar əlavə olunub.