Azərbaycanda koronavirusa 135 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər sağalıb

0
548

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 135 yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 36 min 309 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 33 min 703 nəfər müalicə olunaraq sağalıb, 531 nəfər vəfat edib. Aktiv xəstə sayı 2075 nəfərdir.
Ötən müddət ərzində 917 min 27 test aparılıb. Bugünkü test sayı isə 6137-dir.