Qondarma rejim Livan erməniləri üçün pul toplayır

0
618

Qondarma Qarabağ rejimi Livandakı ermənilərin köçürülməsi üçün 42 milyon dram (87197 dollar) ayırıb.

Bu vəsaitin 25 milyon dramlıq hissəsi “büdcədən”, 17 milyon dramlıq hissəsi isə əhalidən toplanıb.

Bununla bərabər Livandakı ermənilərin Qarabağda məskunlaşdırılması məsələsi yenidən aktuallaşıb. Məlumata görə, Livandan gətirilən iki ailə artıq Qarabağ ərazisində məskunlaşdırılıb.