Koronaya təkrar yoluxmamaq üçün… – Professor

0
666

Ümumiyyətlə, yaranmış bu vəziyyət ömürlük və uzun müddət qalıcı deyil, lakin koronavirusun çoxsaylı ştamları əmələ gəlir. Ona görə də bir neçə aydan sonra virusu keçirib sağalmış şəxslərin təkrar yoluxması mümkündür.

Bu sözləri açıqlamasında professor Adil Qeybulla koronavirusa təkrar yoluxma halları ilə bağlı danışarkən deyib.

O bildirib ki, koronavirusdan sağalan şəxslərin bədənində yaranmış anticisimlər təkrar yoluxma zamanı gücünü itirə bilər:

“COVİD-19-un mutasiyaya uğramış xeyli variantı var. İlk yoluxmadan sonra yaranan anticisimlər insan bədənində uzun müddət qalmır. Ola bilsin ki, insanların bədənində bir ştama immunitet yaransın, digərinə isə yox. Və yaranmış immunitet tədricən zəiflədiyindən bir dəfə koronavirus infeksiyasını daşımış şəxsin təkrar yoluxmaması üçün daha ehtiyatlı olmasını tövsiyə edirəm”.