Prezident nazirliyə yeni səlahiyyət verdi – FƏRMAN

0
665

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, nazirlik “Hökumət buludu”nun fəaliyyətini və istifadəsini təşkil edir;

“Hökumət buludu”nun idarə olunmasını və fəaliyyətinin təşkilini təmin edir,

Dövlət informasiya ehtiyatları və sistemlərinin Nazirliyin Data Mərkəzində saxlanılmasını, həmçinin, “Hökumət buludu”ndan istifadəni təşkil edir;

Nazirliyin Data Mərkəzində, eləcə də, “bulud” texnologiyasına əsaslanan “bulud” xidmət modellərində dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması və aparılmasını, habelə elektron xidmətlərin təşkili üçün texnoloji mühiti təmin edir;

“Hökumət buludu”nun təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti dövlət orqanı ilə birlikdə tədbirlər görür;

“Hökumət buludu”nun yaradılması vasitəsilə dövlət qurumlarının informasiya ehtiyatları və sistemlərinin istismarı, bunun üçün tələb olunan infrastrukturun qurulması və standartların formalaşdırılması sahəsində aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlər görür.