Bağlanmış banklarda əmanəti olanlarla bağlı Fonddan AÇIQLAMA

0
1357

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2020-ci il tarixli qərarları ilə ləğv prosesində olan “Amrahbank” ASC, “NBC Bank” ASC, “Atabank” ASC və “AG Bank” ASC-yə qarşı kreditor tələblərinin qeydiyyat müddəti 30 gün uzadılıb.

Əmanətlərin Sığortalanması Fondundan bildiriblər ki, kreditor tələblərinin qeydiyyatı 14 sentyabr 2020-ci il tarixədək aparılacaq.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

– kreditorun adı və ünvanı;

– tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

– tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlardan xahiş olunur ki, kreditor tələbinin qeydiyyata alınması üçün hər bir bank üzrə aşağıda qeyd olunan ünvana müraciət etsinlər:

Ləğv prosesində olan “Amrahbank” ASC üzrə –  Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan “Amrahbank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrəsi: (+99412) 480-28-39.

Ləğv prosesində olan “NBC Bank” ASC üzrə – Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054, ləğv prosesində olan “NBC Bank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrəsi: 932

Ləğv prosesində olan “Atabank” ASC üzrə – Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, ləğv prosesində olan “Atabank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrələri: (+99412) 497-87-00;  Qaynar xətt – 136.

Ləğv prosesində olan “AG Bank” ASC üzrə – Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç., 102A, ləğv prosesində olan “AG Bank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrəsi: 497-50-17 (daxili 1010)

Qaynar xətt: 135