Bakıda uzun müddətdən sonra kafe və restoranlar açılışa hazırlaşır – VİDEOREPORTAJ

0
600

Üç aya yaxındır ki, kafe və restoranların fəaliyyətinə məhdudiyyət qoyulub. Amma yaxın günlərdə bu obyektlərin yenidən fəaliyyətə başlaması operativ qərargahın müzakirə mövzusudur. Bəs bu aylar ərzində sahibkarlara nə qədər ziyan dəyib, hansı çətinlikləri olub, ümumiyyətlə, yenidən fəaliyyətə hazırdırlarmı?

Restoran inzibatçısı Bəhruz Qənizadənin sözlərinə görə, bütün biznes sahələri kimi restoranlar üçün də çətin oldu:

“Nə qədər də olsa, ödənişləri verməkdə, pul qazanmaqda çətinlik çəkirik. Ən əsası, personalın evdə qalması idi. Bizə də gəlir yoxdur. Ona görə onların maaşlarını ödəyə bilmirik. Açılışdan sonra, inşallah, daha yaxşı olar”.

Əgər yaxın müddətdə kafe və restoranlar açılacaqsa, insanlarımızın qoyulacaq qaydalara əməl etməsi vacibdir. Bu məsələdə arxayın olmaq olmaz. Yadımıza salaq, təxminən üç ay bundan öncə yumşalma olan zaman yoluxanların sayı kəskin artdı və bu səbəbdən də yoluxma daha çox olan rayon və şəhərlərdə sərt karantin rejimi yenidən tətbiq edildi. Ona görə də biz bu bəlanı unutmayıb, özümüzü qorumağı öyrənməliyik.