Məşhur “Game of love”ın ifaçısı vəfat etdi – VİDEO

0
1525

Məşhur “Game of love” hitinin ifaçısı, britaniyalı rok musiqiçisi Ueyn Fontana vəfat edib.74 yaşlı sənətçi İngiltərənin Stokport şəhərində xəstəxanalardan birində həyatını itirib.

Onun ölüm səbəbi hələlik məlum deyil.

O, sözügedən kompozisiyanı ilk dəfə 1965-ci ildə “The Mindbenders” qrupu ilə birlikdə ifa edib.

Beş albom buraxan müğənninin növbəti hitə çevrilən mahnısı “Pamela, Pamela” olub.