Sahil Babayev: “Ölkənin məşğulluq xəritəsi yaradılır”

0
621

“Ölkə üzrə məşğulluq xəritəsinin hazırlanması istiqamətində işlər davam etdirilir. Bununla şəhər və rayonlarda mövcud əmək qüvvəsi, muzdla işləyənlər, fərdi sahibkarlar, işsizlər, qeyri-formal işsizlər və sair ölkə üzrə xəritələşdiriləcək”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, xəritə ilə hər bir regionun əmək qüvvəsinə ehtiyacı və gələcək səmərəli istifadəsi üçün imkanlar yaradılacaq:

“Buna bərabər məşğulluq reyestri yaradılır. Burada əhalinin bütün əmək qüvvəsinin düzgün analizi olacaq və bu da imkan verəcək ki, hökumət tərəfindən iqtisadi, sosial islahatlar daha səmərəli təşkil oluna bilsin”.

“Əmək münasibətlərinin platforması üzərində iş gedir və yaxın dövrdə istifadəyə veriləcək. Bu, bütün işəgötürənlər üçün faktiki onların kadrlar şöbəsinin fəaliyyətini əvəz edəcək elektron platformaya çeviriləcək”, – deyə S.Babayev qeyd edib.