Livanda həbslər başladı

0
580

Livan hökuməti Beyrutdakı partlayışdan dolayı liman məmurları barəsində ev dustaqlığı qərarı verib.

Belə qərarın verilməsinə səbəb kimi 2750 ton ammonium nitratın 6 il ərzində Beyrut limanında saxlanılması göstərilib.

Ev dustaqlığına məhkum edilmiş məmurların sayı açıqlanmayıb.

Qeyd edək ki, ötən gün baş verən partlayış nəticəsində ən azı 113 nəfər ölüb. Yaralıların sayı isə 4 mindən çoxdur.