Arzular maraqdan yaranır, yoxsa maraqlar arzudan?

0
4228

Tanımadığımız insanlarla, onların həyatları ilə tanışlıqmı maraqlı, yoxsa həyatımızın fərqli yaşam durumları, fərqli düşüncə və tövsiyyələrmi?
Elmi araşdırma nəticələrindən, dünyada baş verən olaylardan hansı daha maraqlı? Bu suallara cavab vermək üçün dünya əhalisinin maraq dairələri ilə bağlı bir statistik məlumat varmı?
Bəlkə bu məsələlərdə önəmli olan bizi əhatə edən insanlarla bağlı məlumatlar kifayətdir?
Axı düşüncələrimizin məhsulunun ünvanına yetişməsi üçün maraq, yaxud məcburiyyət səbəbləri fərqlidir. Məncə bu suallar cavabları olmadan da bir-birini tamamlayır.
Statistik məlumat olmadan da insanların maraq dairəsinin sosial , maddi durumlardan, eyni zamanda xarakterlərdın asılılığı labüddür. Bütün bu düşüncələrin, yozumların işığında insanların arzularının niyə tükənməməsi ilə bağlı sual da yaranır.
Demək ki, yaşam ehtiyacımızın mənbəyi arzulardır.
Maraqların arzularla sıx bağlılığı da labüddür. Çünki, məncə, bu dünyada maraq və arzularda da, onların uğrunda mübarizələrdə də müsbət tərəf çoxluq təşkil edir.
Çox istərdim ki, həmin müsbət tərəfdə olan insanların lazımı ehtiyaclarla təminatı əks tərəfi hər zaman üstələsin. Haqqın qələbəsində bu ehtiyacın varlığı çox vacibdir. Qarnımızı doyurmaqdan belə çox…

Sənubər