Azərbaycan Ordusunun gücü… – Tixanski

0
644

Dünyanın aparıcı silah şirkətləriylə hərbi-texniki əməkdaşlıq Azərbaycana öz Silahlı Qüvvələrini aktiv şəkildə modernləşdirməyə imkan verir.

Bu sözləri açıqlamasında Belarusdan olan hərbi ekspert Aleksandr Tixanski deyib.

“Bakının hərbi xərcləri 1,7 milyarda qədər yüksəlib. Azərbaycan texnika alışının pikində öz ordusu üçün 3,7 milyard dollar xərcləyib. Müqayisə üçün deyək ki, Ermənistanın bütün dövlət büdcəsinin xərci 2,6 milyard dollar təşkil edib”, – deyə o bildirib.

Tixanski hazırda Azərbaycan Ordusunun Rusiya və Türkiyədən sonra regionda ən güclü olduğunu bildirib.

Tovuz təxribatına toxunan hərbi ekspert nə KTMT, nə də Avropanın Azərbaycan və Ermənistanın birbaşa hərbi toqquşmasında maraqlı olduğunu söyləyib.