Sərt karantinin yumşaldılmasından sonra çimərliklərdə ilk gün – VİDEOREPORTAJ

0
601

Çimərliklərin açılması paytaxt sakinləri tərəfindən müsbət qarşılanıb. Onlar çimərliklərdə dincəlməyin sağlamlıqları üçün önəmli olduğunu qeyd edirlər.

İctimai çimərliklərdə sanitar qovşaqlar, duş kabinləri, geyinib-soyunma otaqları, futbol və voleybol meydançaları var ki, bunlar da insanların rahat və əyləncəli vaxt keçirməsi üçün nəzərdə tutulub.

Həmçinin, karantin rejiminin qaydalarına uyğun olaraq, insanların təhlükəsizliyini qorumaq məqsədilə söhbətgahlar 2-3 metrlik məsafədə arakəsmələrlə bölünüb.

Vaxtaşırı olaraq, FHN əməkdaşları səsucaldıcılar vasitəsilə insanlara qaydalara uyğun təlimatlar verir.

Fəaliyyətinə icazə verilən çimərliklərdə giriş-çıxışın yoxlanılması, habelə çimərlik daxilində müəyyən edilmiş normativ qaydalara əməl edilməsinə nəzarət məqsədilə 1000-dən artıq ASAN könüllüsü prosesə cəlb edilib.

Çimərliklərlə bağlı yaradılan cimerlik.az xüsusi internet səhifəsinin proqram təminatı, istirahət edənlərin təhlükəsizliyi nəzərə alınmaqla çimərliyin tutumunu müəyyən etməyə xidmət edir. Yəni səhifəyə daxil olmaqla vətəndaşlar çimərliklərin siyahısı, doluluq səviyyəsi, infrastruktur və şərait, ünvan və yerləşmə yeri və s. məlumatları əldə edə bilərlər.